Jurnalistlər üçün müsabiqə
Haqqına Sahib Çıx! Kampaniyası çərçivəsində jurnalistlər üçün reproduktiv sağlamlıq və hüquqlar üzrə mövzuların və Haqqına Sahib Çıx! Kampaniyasının media vasitəsilə işıqlandırılmasına xidmət edən müsabiqə elan olunur.
MÜSABİQƏNİN İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI:
Müsabiqə üçün təqdim olunacaq media materiallarının (məqalə, bloq yazısı, reportaj, süjet, video rolik, qısa metrajlı film və s.) 4 istiqaməti var:
- Kampaniyayayönəlik: Haqqına Sahib Çıx! Kampaniyasının işıqlandırılması və hadisələrin/keyzlərin/həyat hekayələrinin bölüşülməsi üçün vətəndaşları motivasiya edən maarifləndirici məqalələrin hazırlanması;
- Keyzüzərində: Reproduktiv hüquqları tapdanmış ailələrdəki hadisələrin jurnalistlər tərəfindən araşdırılması;
- Həyathekayaləri üzərində: Reproduktiv hüquqları tapdanmış ailələrin həyat hekayələrinin işıqlandırılması;
- Ümumi analitika:Reproduktiv sağlamlıq və hüquqlar mövzusunda mövcud olan çətinliklər və perspektivlərin diqqətə gətirilməsi.
QİYMƏTLƏNDİRMƏ MEYARLARI:
Təqdim olunacaq media nümunələrinin qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə aparılacaq:
- Mövzuya və müsabiqə istiqamətlərinə uyğunluğu;
• Peşə və əxlaqkodeksinə riayət olunması;
• Mövzuya aid konseptual və konstruktiv yanaşma;
• Real hadisələrə əsaslanmış istinad;
• Balansın gözlənilməsi, tərəfsizlik, obyektivlik.
Müsabiqədə iştirak edən jurnalistin tanınma dərəcəsi yox, məqalənin keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcək. Bu səbəbdən, bərabər, qərəzsiz və obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələrdə müəlliflərin adları qeyd edilməyəcək. Münsiflər heyətinin tərkibi mükafatların təqdimetmə mərasimində açıqlanacaq.
MÜDDƏT VƏ TEXNİKİ ŞƏRTLƏR:
Nəticələrin obyektivliyini təmin etmək üçün qeyd olunan texniki şərtlərə riayət edilməlidir:
1. Məqalələr daha öncə heç bir mətbuat vasitəsində dərc olunmamalıdır;
2. Məqalələr dərc olunmadan birbaşa [email protected] və [email protected] email ünvanlarına göndərilməlidir. Müsabiqənin nəticələri elan olunana qədər materialları dərc etmək qəti qadağandır və belə olduğu təqdirdə təqdim olunan material müsabiqədən kənarlaşdırılacaq. Müsabiqənin müddəti bitdikdən sonra müsabiqəyə təqdim olunmuş materiallar Haqqına Sahib Çıx! Kampaniyasının saytında və facebook səhifəsində yerləşdiriləcək. Bundan sonra materiallar müəllifin media platformasında və ya digər media qurumlarında da paylaşıla və ya dərc oluna bilər.
3. Müsabiqə 08 iyul – 28 avqust 2019-cu il müddətində davam edəcək. 28 avqust tarixindən sonra təqdim olunan materiallar müsabiqəyə qəbul olunmayacaq.
4. Təqdim olunacaq bütün mediamaterialları #HaqqınaSahibÇıx, #LeylaDanışır, #LeylaÜçünDanış həştaqları ilə gedəcək.
MÜKAFAT:
Müsabiqədə jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə təqdim edə bilər. Qalibin adı 2019-cu il 15 sentyabr tarixində açıqlanacaq.
Müsabiqədə 3 (üç) qalib jurnalist müəyyənləşdiriləcək və mükafatlandırılacaq:
1-ci yer – 1000 AZN;
2-ci yer – 700 AZN;
3-cü yer – 300 AZN;
Mükafatlandırma mərasimi 2019-cu ilin dekabr ayında keçiriləcək Haqqına Sahib Çıx! Kampaniyasının illik yekun tədbirində baş tutacaq.
DİQQƏT!
- Müsabiqəyə keyfiyyətsiz materialların təqdim edildiyi və ya yetərli sayda materialların təqdimedilmədiyihalda nəticələrin ləğv olunması hüququnu Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) özündə saxlayır.
2. Təqdim olunan müsabiqə materialları RİQC Haqqına Sahib Çıx! Kampaniyasının saytında, habelə facebook səhifəsində müəllifin adı göstərilməklə yerləşdirə bilər.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın:
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)
Əlaqələndirici şəxs: Leyla Orucova
Ünvan: A. Cəlilov küç. 26, mən. 98, AZ1025, Bakı şəhəri
Tel: (+99412) 490 40 44, (+99450) 760 40 44
Email: [email protected], [email protected]