• Aksiya haqqında
  • Sorğuda iştirak et
  • Hekayəni danış

#LeylaDanışır aksiyası

Bir gün əvvəlki müayinədə “hər şey yaxşıdır” dedikləri LEYLA adlı qadın doğuşa gedəndə əməliyyat olundu və narkozdan ayılmadı. Onun ölümü ilə bağlı NƏ İZAH verən, NƏ də CƏZA alan oldu. #LeylaDanışır aksiyası həmin xanımın xatirəsinə ithaf olunub.

Böyük miqyasda isə LEYLA KİMDİR?

#LEYLA

…Övladı qız olacağına görə məcburən ABORTa göndərilən

…FƏSADLI ABORTA görə heç vaxt ANA ola bilməyən

…SONSUZLUĞU hər fürsətdə üzünə vurulduğundan intihar edən

…İşıqlar söndüyündən küvezdəki KÖRPƏSİNİ İTİRƏN

…DÖVLƏT XƏSTƏXANASInda doğuşa “ÖDƏNİŞ”siz buraxılmayan

…Əməliyyat zamanı viruslu xəstəliyə YOLUXDURULAN

…YANLIŞ süd vəzi xərçəngi DİAQNOZuna görə həyatı ALT-ÜST olan

…Əməliyyat zamanı ölümünə İZAH belə VERİLMƏYƏN

…QEYRİ-PEŞƏKAR HƏKİMƏ görə illərini müalicəyə həsr etməyə məcbur qalan

…FƏSADLI DOĞUŞ zamanı xəstəxanada lazımi avadanlıq olmadığından HƏYATından olan

…Xəstəliyinin çarəsini XARİCDƏ AXTARAN

Hər bir qadın LEYLADIR!

Leyla HƏR BİRİMİZİK!

Leylanın taleyi hər birimizin taleyidir!

LEYLA da, BİZ də SUSMAYAQ! DANIŞAQ!

HAQQIMIZA SAHİB ÇIXAQ ki, Məsuliyyətsizlik, Yanlışlıq, Rüşvətxorluq, Səhlənkarlıq, Təchizatsızlıq, Qeyri-Peşəkarlıq, Səriştəsizlik, Cahillik, Qınaq, Cəzasızlıq ucbatından sağlamlıqlarını itirən, hüquqları tapdanan və həyatlarını qurban verən qadınlar olmasın!

Sizin və ya hər hansı bir yaxınınızın reproduktiv hüququ pozulubsa, sizi bu sorğuda iştirak etməyə dəvət edirik.

Sorğu reproduktiv sağlamlıq sahəsində baş verən mənfi hadisələrin monitorinqi üçün tərtib edilibdir. Bir dəfə sorğuda iştirak edərək, eyni İP ünvandan sorğunun nəticələri ilə tanış ola biləcəksiniz.

Daxil edilən şəxsi məlumatlar yalnız bizim daxili bazamız üçün lazımdır və ictimaiyyətə qapalı olacaqdır. Şəxsi məlumatlarınızın məxfi saxlanılmasına zəmanət veririk və detallar yalnız sizin yazılı razılığınız olduğu təqdirdə Haqqına Sahib Çıx! Kampaniyasının materiallarında əks oluna bilər. Bunun üçün sizinlə ayrıca əlaqə saxlanıla bilər.

Toplam baxılma sayı: [views]
İştirak edənlərin sayı: 8 nəfər

Hadisə kimin başına gəlib?

Hüquq pozuntusu hansı məsələ ilə əlaqəlidir?

Hüquq pozuntusu hansı məsələ ilə əlaqəlidir?

Səhlənkarlığı (qanunsuzluğu) kim edib?

Sizin və ya hər hansı yaxınınızın reproduktiv hüququ pozulubsa, sizi hekayənizi danışmağa dəvət edirik. Hekayə reproduktiv sağlamlıq sahəsində baş verən mənfi hadisəni təsvir etməlidir. Həmçinin verilən məlumatın Kampaniyaya faydalı olması üçün maksimum dəqiq və dolğun olması zəruridir. Bir neçə hekayəniz varsa (məsələn, həkimsinizsə) bizə ayrıca info@cyr.az və ya aze.cyr@gmail.com email ünvanlarına yaza bilərsiniz. Hekayənizi danışandan sonra, eyni İP ünvandan paylaşılan hekayələrin sayı ilə tanış ola biləcəksiniz.

Hekayəniz Kampaniyanın materiallarında öz əksini tapa bilər. Anonim müəllif kimi qalmaq istəsəniz, müvafiq düyməni tıklayın – BƏLİ. Anonim olmağı seçsəniz daxil edilən şəxsi məlumatlar yalnız bizim müvafiq layihə heyəti tərəfindən görüləcəkdir və ictimaiyyətə qapalı olacaqdır. Hekayənizdən Kampaniya zamanı istifadə olunduğu halda şəxsi məlumatlarınızın məxfi saxlanılmasına zəmanət veririk!


[]
1 Step 1
Şəxsi məlumatlarınız
Hekayəniz
Anonim müəllif
keyboard_arrow_leftPrevious
Nextkeyboard_arrow_right
FormCraft - WordPress form builder