skip to Main Content

Çağırışımız

Zaman-zaman mediada ana və körpə ölümləri, səhv diaqnoz və müalicə, rüşvətdən və həkim səhlənkarlığından zərər çəkən vətəndaşlar haqqında, həmçinin həkim və tibb işçilərinin məhdud şəraitdə və aşağı məvaciblə işləmələri haqqında xəbərlərlə rastlaşırıq. Xəbər olaraq oxuduqlarımız əslində hər birimizin ailəsindən DÜNƏN və BU GÜN verdiyi qurbanlardır. Haqqına Sahib Çıx! Kampaniyası SABAH yeni qurbanların olmaması üçün Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlar sahəsində başladılmış ilk geniş vətəndaş təşəbbüsüdür. Bu Kampaniya vətəndaşa SEÇİM verir – susmaq, ağlamaq, gileylənmək, ölkəni tərk etmək əvəzinə – Haqqına Sahib Çıxmaq seçimini verir.  

 

Bizə necə dəstək ola bilərsiniz? Cəmi bir neçə dəqiqənizi alan 3 addım vasitəsilə: 

Kampaniyanın sizə verə biləcəkləri: 

  • Həmrəy olmaq imkanı 
  • Hekayənizi paylaşmaq imkanı  
  • Maariflənmə 
  • Pulsuz hüquqi məsləhətin alınması 
  • Kampaniyanın imkanlarından faydalanma

Fərqli SABAHA qədəm qoymaq seçimini etmək üçün HAQQINA SAHİB ÇIX!