Hər ilin dekabr ayında Kampaniyanın yekunlarına dair illik yekun tədbir təşkil olunur. Tədbir yeni yaradıcı formatlarda işlənilir, ilin yekunlarına dair məlumat açıqlanır. Həmçinin il ərzində Kampaniyaya ən çox dəstək verən mükafatçılar təltif olunurMükafatçılar #HaqqınaSahibÇıx, #LeylaDanışır, #LeylaÜçünDanış həştaqları ilə müəyyən olunacaqlar. Mükafat rəmzi xarakter daşısa da, həmin mükafatçılarla növbəti il ərzində Haqqına Sahib Çıx! Kampaniyasının hədəflərinə dair qarşılıqlı razılaşma əsasında müvafiq xidməti müqavilələr bağlana bilər. Kampaniya çərçivəsində aşağıdakı nominasiyalar və hər nominasiya üzrə bir mükafat nəzərdə tutulmuşdur:

Haqqına Sahib Çıx! Kampaniyasına vətəndaşların cəlb edilməsinə yönəlik çoxsaylı təşəbbüslərlə çıxış edən, Kampaniya barədə danışan, onun imkanları təbliğ edən, sosial media platformalarında reproduktiv sağlamlıq və hüquqlar mövzusunda paylaşımlar edən, internetə çıxışı məhdud olan insanları məlumatlandırantədbirlərimizə qatılmaqla Kampaniya barədə məlumatlılığın artırılmasına köməklik edən və bizi hədəflərimizə yaxınlaşdıran Ən Fəal Elçimiz Haqqına Sahib Çıx! Kampaniyası tərəfindən müvafiq mükafatla təltif olunacaqdır.   

Kampaniyanın könüllü elçiliyi zamanı həyata keçirilən fəaliyyətlərə dair sosial mediadakı paylaşımlar#HaqqınaSahibÇıx, #LeylaDanışır, #LeylaÜçünDanış haştaqları ilə edilməlidir.  

Elçi olmaq istəyən şəxslər müvafiq formanı doldurmalıdırlar.

Bəzi hekayələr, yazılar, məqalələr və digər media məhsulları sadəcə unudulmazdır və insanların yaddaşında iz qoyaraq onları müəyyən fəaliyyətlərə təşviq edirTəsirli media məhsullarının sayı və keyfiyyəti ilə yadda qalan jurnalist Haqqına Sahib Çıx! Kampaniyası çərçivəsində hər ilin dekabr ayında Ən Fəal Jurnalist adlı mükafatla təltif ediləcəkBunun üçün jurnalistlər reproduktiv sağlamlıq və hüquqlara dair yazıları, məqalələri, araşdırmaları və digər media məhsullarını paylaşmalı və kampaniyanı KİV-də və sosial media platformalarında münasib şəkildə işıqlandırmalıdırlarBu mükafat il ərzində gedən media müsabiqələrinin qaliblərindən ayrıca olaraq Haqqına Sahib Çıx! heyəti tərəfindən təsis edilib və Kampaniyaya fəallığı ilə töhfə verən jurnalistləri təqdir edərək, onları cəmiyyətə tanıtmağı nəzərdə tutur.  

 Kampaniyaya dair hazırlanan media məhsulları sosial mediada #HaqqınaSahibÇıx, #LeylaDanışır, #LeylaÜçünDanış həştaqları ilə paylaşılmalıdır. 

Fərdi media təşəbbüsləri qədər rəsmi kütləvi informasiya vasitələrində (KİV) da yer almaq önəmlidir. Reproduktiv sağlamlıq və hüquqlar mövzusunda məlumatlandırma və maarifləndirmə Haqqına Sahib Çıx! Kampaniyasının əsas hədəfləri sırasındadır. Bu sahədə Kampaniyaya dəstək olan KİV-lər dərc edilən media məhsullarının sayı və keyfiyyəti ilə fərqləndiyinə görə Haqqına Sahib Çıx! Kampaniyası çərçivəsində hər ilin Ən Fəal KİV-i mükafatı ilə təltif ediləcəkdir. Bu mükafat il ərzində gedən media müsabiqələrinin qaliblərindən ayrıca olaraq Haqqına Sahib Çıx! Heyəti tərəfindən təsis edilib və Kampaniyaya fəallığı ilə töhfə verən ən fəal KİV-i təqdir edəcəkdir.   

Kampaniyaya dair hazırlanan media məhsulları KİV-də və sosial mediada #HaqqınaSahibÇıx, #LeylaDanışır, #LeylaÜçünDanış həştaqları ilə dərc edilməlidir. 

Kampaniyanın ictimai vəkilliyi dedikdə Azərbaycan vətəndaşlarının reproduktiv sağlamlıq və hüquqlar sahəsində baş vermiş hadisələri bəyan etməsinin təşviq edilməsi, vətəndaşların reproduktiv sağlamlıq və hüquqları barədə maarifləndirilməsi, Azərbaycanda “Reproduktiv Sağlamlıq haqqında” Qanunun qəbul edilməsinə dair ictimai vəkilliyin aparılması, sosial media və digər platformalar vasitəsilə reproduktiv sağlamlıq və hüquqlara dair dövlət və ictimaiyyətin mövqeyini dəyişmək yolu ilə reproduktiv sağlamlıq sahəsində səhlənkarlıq və korrupsiyanın azaldılması təşəbbüsləri, o cümlədən qanun layihəsinin məzmunu və onun qəbul edilməsini təbliğ etmək üçün müxtəlif maarifləndirici təşəbbüslərin təşkil edilməsi nəzərdə tutulur. İl ərzində sadalanan fəaliyyətlərin həyata keçirilməsində fəal iştirakçı olan şəxs Haqqına Sahib Çıx! Kampaniyasının Ən Fəal İctimai Vəkili seçilərək mükafatlandırılacaqdır. 

 İctimai vəkillik zamanı həyata keçirilən fəaliyyətlərə dair sosial mediadakı paylaşımlar#HaqqınaSahibÇıx, #LeylaDanışır, #LeylaÜçünDanış həştaqları ilə edilməlidir.