azer-mehtiyev

Azər Mehtiyev

İqtisadçı

Vətəndaş cəmiyyəti sektorunda 15 ildən artıq bir müddətdə fəaliyyət göstərən Azər Mehtiyev 2007-ci ildən “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədridir. O, 2004-cü ildən bəri Azərbaycan Dövlət İqtisad Universitetində işləyir, hazırda həmin Universitetin “Müəssisənin İqtisadiyyatı” kafedrasında dosent vəzifəsində çalışır. İqtisad Elmləri üzrə Fəlsəfə Doktoru olan Azər Mehtiyev ABŞ, Rusiya Federasiyası, Cənubi Koreya, Malayziya, Çin XR, Türkiyə, Yaponiya və Ukraynanın müxtəlif universitetlərinin iqtisadiyyat fakültələrində təcrübə mübadiləsində olmuşdur. Dünyanın 15-dən çox ölkəsində keçirilmiş 50-ə yaxın beynəlxalq konfrans və seminarın iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.

O, yerli və xarici mənbələrdə dərc edilən ümumilikdə 100-dən çox elmi, metodik və elmi-praktik əsərin müəllifidir. Azər Mehtiyevgenderəsaslı büdcələmə, büdcə təhlili, vəkillik siyasəti, səhiyyə büdcəsi və xərclərin izlənilməsi, o cümlədən səhiyyə sistemlərinin inkişafı üzrə sertifikatlara malikdir.