skip to Main Content

İctimai vəkillik

Haqqına Sahib Çıx! Kampaniyası Azərbaycanda “Əhalinin Reproduktiv Sağlamlığının Qorunması və Ailə Planlaşdırılması haqqında” Qanunun qəbul edilməsinə və Azərbaycan hökuməti tərəfindən reproduktiv sağlamlığın keyfiyyət monitorinqi və nəzarətinin həyata keçirilməsinə dair vəkilliyin aparılmasına yönəlik addımlar atır. Bu istiqamətdə aparılan ictimai vəkillik dövlətin və cəmiyyətin düşüncə tərzinin dəyişdirilməsinə xidmət edərək müxtəlif təşəbbüs və formatlarda insanları müəyyən addımlar atmağa həvəsləndirir və səfərbər edir. Bununla yanaşı, Kampaniya siyasət dəyişikliyinə nail olmaq məqsədilə idarəetmə və qərar qəbuletmə proseslərində mühüm rol oynayan siyasətçilərə ictimai vəkilliyin bir elementi olan lobbiçilik vasitəsilə birbaşa təsir göstərərək ölkədə vətəndaşların reproduktiv sağlamlıq sahəsində azad, məlumatlı və ləyaqətli seçim hüququnu qorumağa cəhd edir.

HAQQINA SAHİB ÇIX!

Haqqına Sahib Çıx! Kampaniyasının İmza Aksiyası

Yerləşdirmə tarixi:
28 İyun 2019
Haqqına Sahib Çıx! adlı reproduktiv sağlamlıq və hüquqlara dair Kampaniyanın 27 iyun 2019-cu il tarixində keçirilmiş açılış mərasimində imza aksiyası təşkil olundu.