Nicat Gözəlov

Nicat Gözəlov

Hüquqşünas

İctimai fəal, Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan üzrə koordinatoru, “Bilik” Fondunun lektoru, 20 ildən çox hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Nicat Gözəlov əsas məqsədi vətəndaşların hüquqi maarifləndirilməsi, hüquqi cəmiyyət uğrunda onların hüquqi biliklərinin artırılması, imkansız və ehtiyacı olanlara hüquqi və psixoloji yardım göstərilməsi olan Milli Hüquq Evinin təsisçisi və rəhbəridir.

Milli Hüquq Evində gənc hüquqşünasların təcrübi biliklər əldə etmələri üçün peşəkarların ictimai əsaslarla təlim və seminarları keçirilir, həmçinin vəkillik, prokurorluq, dövlət qulluğu və digər sahələrdə hazırlıq kursları fəaliyyət göstərir və minlərlə insana ödənişsiz hüquqi yardım edilir. Milli Hüquq Evi hər kəsin evi olaraq, cəmiyyət üçün mühüm və əhəmiyyətli hadisələrlə bağlı vətəndaş cəmiyyəti üzvlərinin toplantılarına ev sahibliyi edir, müxtəlif layihələrin həyata keçirilməsində gənclərə dəstək verir.

Onlarla məqalənin müəllifi, ictimai həyatda və sosial şəbəkədə fəal olan Nicat Gözəlov bir çox siyasi-ictimai təşəbbüslərin iştirakçısı və əlaqələndiricisidir.