skip to Main Content

Tarixçəmiz

Haqqına Sahib Çıx! Reproduktiv Sağlamlıq və Hüquqlara dair Kampaniya Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən 2016-cı ildə başladılan bir vətəndaş təşəbbüsüdür. RİQC Azərbaycanda səhiyyə sistemindəki, xüsusilə qadınların reproduktiv sağlamlıq və hüquqları sahəsindəki çatışmazlıqların miqyasını anlayaraq və bu sahədəki məsələlərin həlli üçün tədbirlər görülməsinin zərurətini qəbul edərək bu Kampaniyanın əsasını qoymuş və 2017-ci ildə 7 nəfərdən ibarət Haqqına Sahib Çıx! İşçi Qrupunu təsis etmişdir. Bu İşçi Qrupu 5 əsas istiqamətdə – maarifləndirmə, monitorinq, müdafiə, ictimai vəkillik və şəbəkələşmə sahələrində fəaliyyət göstərir.