Reproduktiv sağlamlıq və hüquqlar sahəsində maraqlı tərəfləri birləşdirmək, habelə məlumat mübadiləsi və sosial əlaqələri inkişaf etdirmək məqsədilə Kampaniya mütəmadi olaraq şəbəkələşmə tədbirləri təşkil edir. Kampaniyanın məqsədlərinə nail olmaq üçün bu tədbirlərdə müvafiq dövlət müəssisələri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, elm və təhsil ocaqları, biznes strukturları, beynəlxalq təşkilatlar, səfirliklər də daxil olmaqla, bir çox maraqlı tərəflərin nümayəndələri iştirak edir.