tehmine-tagizade

Təhminə Tağızadə

Həkim ekspert

Səhiyyə və qidalanma üzrə layihələr, qrup idarəetməsi, dövlət qurumları ilə fövqəladə halın aradan qaldırılması və koordinasiyası, universitetlərdə, habelə özəl və QHT sektorunda 15 ildən çox iş təcrübəsinə malik Təhminə Tağızadə ümumi cərrahiyyə, döş qəfəsi orqanlarının cərrahiyyəsi, hərbi-səhra cərrahiyyəsi və təxirəsalınmaz doğuş üzrə kliniki təcrübəyə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Tibb Korpusu, Asiya İnkişaf Bankı da daxil olmaqla, bir çox nüfuzlu beynəlxalq təşkilatlarda, eləcə də yerli hökumət qurumlarında müxtəlif yüksək vəzifələrdə çalışmış, Çad və İndoneziyada beynəlxalq humanitar layihə çərçivəsində Tibbi Direktor olmuş, 12-dən çox elmi məqalənin, 10 strateji sənəd və proqramın müəllifidir. HOPE, İPSAS, BSITF və s. kimi çoxsaylı beynəlxalq sertifikatlara malikdir və Azərbaycan Cərrahlar Assosiasiyası və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının aktiv üzvüdür.

Təhminə Tağızadə Birləşmiş Krallığın qabaqcıl universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində yeni bakalavr, magistr və biznesin idarəedilməsi dərəcələrinin, o cümlədən Fizioterapiya, İdman Tibb və Reabilitasiya sahəsində Dövlət Təhsil Standartlarının yaradılmasında geniş təcrübəyə malikdir. Hal-hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Akademik işlər üzrə prorektor vəzifəsində çalışır.