sehla-ismayil

Şəhla İsmayıl

Gender mütəxəssisi

Şəhla İsmayıl 20 ildən artıqdır ki, gender bərabərliyi və qadın hüquqları sahəsində fəal şəkildə çalışır. İngiltərə (2005), ABŞ (2011), Belçika (2014) və Fransada (2018) həyata keçirilən təqaüd proqramlarının iştirakçısı olmuş Şəhla İsmayıl dünyanın 50-dən artıq şəhərində məruzəçi qismində çıxış etmişdir. O, 2002-ci ildən etibarən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri və 2005-ci ildən başlayaraq Azərbaycanda Norveç İnsan Hüquqları Fondunun müvəkkilidir. Habelə qərargahları ABŞ-da yerləşən “Qadınlar üçün Qlobal Fond” və “Qadın Hüquqları üzrə Təcili Yardım Fondu” təşkilatlarının məsləhətçisidir. O, həmçinin kommunikasiya bacarıqları, insan resursları və institusional potensialın artırılması üzrə mütəxəssishəyat və biznes kouçu qismində fəaliyyət göstərir. Şəhla İsmayıl 2014-cü ildə Azərbaycanda ilk gender-profilli kommersiya təşkilatı kimi yaradılan “Gender Port”-un təsisçisi və direktorudur.

O, 100-dən çox milli və beynəlxalq layihənin, 120 nəşr, hesabat və siyasi sənədin, eləcə də Azərbaycanda ilk Analıq Məktəbi, ilk Qadın Parlamenti, ilk Gender Məktəbi layihələrinin və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi üzrə ölkənin ilk Milli Fəaliyyət Planının müəllifidir. Şəhla İsmayıl Atlantik Müqavilə Assosiasiyasının Qadın, Sülh və Təhlükəsizlik mövzusunda fəaliyyət göstərən İşçi Qrupunun Azərbaycan üzrə nümayəndəsidir.

2018-ci ildə Şəhla İsmayıl gender bərabərliyi sahəsində verdiyi töhfələrə görə İngiltərədə Bob Hepple adına Bərabərlik Mükafatına layiq görülmüşdür