skip to Main Content

Araşdırma hesabatı, 2018

Qadınların Reproduktiv Sağlamlıq  Hüquqları: Azərbaycanda Vəziyyət 

CYR-destek

2016-cı ildə başlayan araşdırma Azərbaycanda qadınların reproduktiv sağlamlığı və reproduktiv sağlamlıq hüququ üzrə bitərəf yanaşmanı ortaya qoyaraq vəziyyətin dəyərləndirilməsi məqsədini daşıyır. Ümumidən xüsusiyə doğru təhlil şəklində aparılmış araşdırmada birinci hissə sağlamlıq fenomeninin və səhiyyənin tərkib hissələrindən biri kimi reproduktiv sağlamlığın ümumilikdə səhiyyə sistemi kontekstində araşdırılmasını əhatə edir. Bu hissədə ölkənin sağlamlıq üzrə baza qanunvericiliyi, səhiyyə sisteminin hansı formada fəaliyyət göstərməsi, maliyyələşmə mexanizmləri və reproduktiv sahə üzrə qanunvericilik təhlil edilərək cari vəziyyət haqqında ümumi mənzərə təqdim edilir. Həmçinin reproduktiv sağlamlıq haqqında qanun layihəsinin qəbulunun qarşısında duran maneələr, digər ölkələrin təcrübəsi ilə müqayisə, ölkənin beynəlxalq qanunvericilik aktlarından irəli gələn öhdəliyi və cari vəziyyət nəzərdən keçirilir. Hesabatın ikinci hissəsi isə reproduktiv sağlamlığın tərkib hissələri olan ailə planlaşdırması, təhlükəsiz analıq, ana və körpə sağlamlığı, reproduktiv sistemin xəstəlikləri və s. kimi mövzuları əhatə edir. Bu hissədə mövcud rəsmi statistik göstəricilər, araşdırmalar və beynəlxalq statistik rəqəmlərin müqayisəsi, beynəlxalq təşkilatların, xüsusilə ÜST-ün müəyyən etdiyi indikatorlar və normalara əsaslanaraq ölkədə tətbiq edilən cari göstəricilərin müqayisəsi öz əksini tapır və nəticə kontekstində təhlil edilən kəmiyyət göstəriciləri (statistik göstəricilər) keyfiyyət metodundan əldə olunmuş məlumatlarla birgə təhlil edilir. Hesabatın sonunda yekun nəticələrə əsaslanmaqla dövlətə, qeyri-hökumət təşkilatlarına və beynəlxalq təşkilatlara tövsiyələr ünvanlanır. 

 

Hesabatı yüklə