vasif-ismayil

Vasif İsmayıl

Uroloq-həkim

İstanbul Universiteti tibb fakültəsinin məzunu, Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasının rezidenti, 30-dan çox elmi məqalənin həmmüəllifi, Azərbaycanda ilk dəfə qapalı böyrək, sidik kisəsi, sidik axarı əməliyyatları həyata keçirmiş Vasif İsmayıl minlərlə cərrahi əməliyyatlar etmişdir.

O, Mərkəzi Klinika, Gömrük Hospitalında çalışmış və hal-hazırda Azərbaycan Tibb Universiteti Onkologiya Kafedrasında fəaliyyətinə davam edir. Tibb Elmləri üzrə Fəlsəfə Doktoru olan Vasif İsmayıl 20 ildən çox iş təcrübəsinə malikdir və 2011-ci ildən televiziya proqramları aparır, müntəzəm olaraq mühazirələrlə ictimaiyyət qarşısında çıxış edir, sosial şəbəkədə fəallıq göstərir.  

 Vasif İsmayıl Azərbaycan Uroloqları Assosiasiyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti və Türk Qadın Urologiyası Cəmiyyətinin üzvüdür.