lamiye-rza

İlhamiyyə Rza

Jurnalist

İlhamiyyə Rza “Gündəlik Azərbaycan”, “525”, “Azadlıq”, “Bizim Yol”, “Zerkalo”, “Yeni Müsavat” qəzetləri və s. mənbələrdə dərc olunan 100-dən artıq məqalənin və “Gecə kanalı” adlı kitabın müəllifidir. O, Azərbaycan Media Mərkəzinin İdarə Heyətinin sədri kimi çalışmış, ANS, Space, Lider, ABA, AZ TV televiziya kanallarında aparıcı qismində və müəllif proqramları ilə fəaliyyət göstərmişdir.

2003-cü ildə İlhamiyyə Rza Həsən bəy Zərdabi adına Jurnalistika Milli Mükafatına layiq görülmüşdür. Almaniya, İngiltərə, ABŞ da daxil olmaqla, bir çox ölkələrdə media idarəetməsinə dair biliklərə yiyələnmişdir. İlhamiyyə Rza bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən SOS Uşaq Kəndləri və İREX Azərbaycanda çalışmış, 2010-cu ildə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti tərəfindən yaradılmış Qadın Parlamentində fəaliyyət göstərmişdir. O, bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvü, müxtəlif media mövzularında təlimçi və sosial şəbəkə fəalıdır.

İlhamiyyə Rza hal-hazırda müstəqil ekspert jurnalist və “Xəzər” televiziyasının səhər proqramı “Xəzər Səhər”-də aparıcı qismində fəaliyyət göstərir.