evez-zeynalli

Əvəz Zeynallı

Jurnalist

İxtisasca hüquqşünas olan Əvəz Zeynallı Türkiyənin Ankara Universitetinin məzunudur. Tələbəlik illərində Türkiyədə “Böyük Gələcək” jurnalının baş redaktoru, Azərbaycana qayıtdıqdan sonra “Günaydın”, “P.S.”, “Millətin Səsi” qəzetlərinin yazarı, “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru olub.

O, 17 ildir dərc edilən “Xural” qəzetinin təsisçisi və və baş redaktorudur. Əvəz Zeynallı 2015-ci ildən bəri “Qaynar Qazan”, “Azadlıq Salnaməsi”, “Sözüm var…”, “Sivil Toplum”, “Haqqı tapdalananlar”, “Siyasət Meydanı” və bir sıra digər ictimai-siyasi verilişlərin müəllifi və aparıcısıdır.

Əvəz Zeynallı bir çox siyasi-ictimai təşəbbüslərin fəalı və əlaqələndiricisidir. O, onlarla kitab və yüzlərlə məqalənin müəllifi, sosial şəbəkə fəalıdır.