skip to Main Content

Haqqına Sahib Çıx! Kampaniyasının İmza Aksiyası

Haqqına Sahib Çıx! adlı reproduktiv sağlamlıq və hüquqlara dair Kampaniyanın 27 iyun 2019-cu il tarixində keçirilmiş açılış mərasimində imza aksiyası təşkil olundu. 10 ilə yaxın müzakirə olunaraq qəbul oluna bilməyən “Əhalinin Reproduktiv Sağlamlığının Qorunması və Ailə Planlaşdırılması haqqında” Qanunun qəbuluna dəstək üçün rəmzi imza aksiyası zamanı Haqqına Sahib Çıx! Kampaniyasının açılış mərasiminə qatılan 100 yaxın qonaq, o cümlədən dövlət qurumları, qeyri-hökumət təşkilatları, KİV, beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələri xüsusi hazırlanmış  imza tablosuna imzalarını qoyaraq Kampaniyanın çağırışına dəstək verdilər.